WAVES BAKU MEETUP

WAVES.AZ

Waves Platformasının Azərbaycan üzrə səfiri Orxan Əhmədov tərəfindən hazırlanmış məlumat, xəbər portalı.

Məlumat

Waves Platforması və imkanları haqqında məlumat əldə etmək üçün müraciət edə bilərsiniz.

Email

hello@waves.az

Follow us on social

WAVESAZ

  /  Airdroplar   /  Vostok token airdrop-u uzadılır

Vostok token airdrop-u uzadılır

Hörmətli Waves icması,

bildiyiniz kimi Vostok tokenlərinin airdropu üçün nəzərdə tutulmuş hesabların surətinin alınma müddət sona çatmışdır. Bu müddət ərzində Waves və WCT saxlayan hər bir hesab sahibi VST tokenlərini əldə edəcək. Aidrop nəticəsində əldə olunacaq tokenlərin alınma qaydaları haqqında buradan öyrənə bilərsiniz: https://vostok.wavesplatform.com. (tezliklə Azərbaycan versiyası əlavə olunacaq)

Son 2 ayda biz VST tokenlərinin satışının leqallaşdırılması, növbəti raund özəl investisiya cəlbi və ictimaiyyətə açıq satışı üzərində çalışırdıq. Hal-hazırda ikinci raund yatırım işləri tamamlanmaq üzərədir. İctimaiyyətə satış isə 2019-cu il yay fəslinə planlaşdırılıb. Vostok tokenlərinin 10%-i açıq bazarda satışa çıxarılacaq və Waves DEX token paylaşımı üçün əsas platforma olacaq.

Improving distribution

Biz Vostok şəbəkəsi işə düşməmişdən öncəki ayı da, VST tokeninin gələcək paylamasını mümkün qədər genişləndirmək üçün istifadə etmək istərdik. Proof of Stake sistemləri, şəbəkənin sabitliyini və sağlamlığını təmin etmək üçün çox sayda maraqlı tərəflərə və mümkün qədər geniş bir paya malik olmalıdır. Buna görə də biz 1 Aprel – 31 May aralığında Waves və WCT saxlayan şəxslərə əlavə 1% VST token airdropu edəcəyik. Tokenlərin paylanma qaydaları əvvəlki ilə eyni olacaq. Lakin, bu dəfəki paylaşımdan yararlanmaq üçün, hesabın sahibi tərəfindən idarəedilməsini sübut emək məqsədilə xüsusi səhifədə (tezliklə) Waves Keeper ilə yoxlamadan keçmək lazım olacaq. Verifikasiya prosesi 1 Aprel-31 May tarixləri arasında, istənilən an keçirilə bilinər. Yoxlama prosesi birinci airdrop (1 Fevral – 1 Aprel) üçün nəzərdə tutulmayıb. Verifikasiyadan keçməmiş ünvanlar, yalnız birinci airdrop zamanı paylaşılan VST tokenlərini əldə edəcəklər.

Airdrop’un özü, yeni bir snapshot dövrü bitdikdən sonra birbaşa yayımlanacaq, hər iki mərhələ üçün bir tokenlərin paylaşdırılması birbaşa keçiriləcəkdir. Bundan sonra VST tokenləri alqı-satqı üçün istifadə oluna biləcək.

Eyni zamanda, Vostok şəbəkəsinin başlamasına dair yol xəritəsinin başa çatdırılmasını elan edirik. Vostok layihəsi Waves ekosisteminin ayrılmaz bir hissəsidir və yenilənmiş yol xəritəsi Waves ictimaiyyətinin faydalarını maksimum dərəcədə artıra bilər və Vostok şəbəkəsinin rahat işə başlamasına təminat verir. Bizə etibar etdiyiniz və davamlı dəstək üçün təşəkkür edirik!

You don't have permission to register