WAVES BAKU MEETUP

WAVES.AZ

Waves Platformasının Azərbaycan üzrə səfiri Orxan Əhmədov tərəfindən hazırlanmış məlumat, xəbər portalı.

Məlumat

Waves Platforması və imkanları haqqında məlumat əldə etmək üçün müraciət edə bilərsiniz.

Email

hello@waves.az

Follow us on social

WAVESAZ

  /  Airdroplar   /  Waves yeni Waves Reward Token-ini istifadəyə verir

Waves yeni Waves Reward Token-ini istifadəyə verir

Yeni Waves Reward Token-ini təqdim edirik. Bu tokenlərin sayəsində Waves icması, bizim səfirləri mükafatlandıra biləcəklər.

Waves səfirlərini stimullaşdırmaq və blockchain icmasından səfirlərimiz haqqında qiymətləndirməni öyrənmək məqsədilə Waves Reward Token (WRT) istifadəyə veririk. Bu addımla biz həmçinin ağıllı aktivlərin necə işləyəcəyini nümayiş etdirəcəyik.

Növbəti həftə hesablarında ən azı 10 WCT – Waves Community Token olan hər bir şəxs 100 WRT alacaq. Bu tokenləri almış şəxslər onları yalnız Waves səfirlərini mükafatlandırmaq üçün, onların hesablarına göndərə biləcəklər.

Buraxılacaq WRT tokenlərinin ümumi sayı, dövriyyədə olan WCT tokenlərinin 2 mislini təşkil edəcək. The total number of issued WRT will be twice the supply of WCT held by the community. Waves özü səfirləri mükfatlandırmaq məqəsdilə, həmin tokenlərin 50%-ni özündə saxlayacaq.

Ağıllı aktvlər skriptinin köməyi ilə, yalnız səfirlər WRT tokenlərini Waves-ə sata biləcəklər.

Smart aktivlər aşağıdakı qaydada işləyəcəklər:

  • WRT yalnız seçilmiş ünvanlara göndərilə biləcəklər (səfirlərin ünvanları)
  • Token məhv edilə bilməz
  • Token DEX-də trade oluna bilməz; yalnız səfir ünvanları onları sata bilərlər.
  • Skriptə yeni məntiq əlavə edilə bilinər.

Bu proqram eksperimental olduğundan, ağıllı akitvlər yenilənə və hər üç ayda bərpa edilə bilər. Əgər geniş bir maraq görsək, cəmiyyətin ən aktiv üzvlərini təşviq etmək və mükafatlandırmaq üçün proqramı genişləndirməyi planlayırıq.

WRT-ni tətbiq etməklə biz Waves cəmiyyətini səfirlərin fəaliyyətini izləmək, fikirlərini ifadə etmək və onları layiqincə qiymətləndirmək üçün təşviq etmək istərdik.

Biz səfirlərimizin bu proqramla bağlı məlumatları ictimaiyyət arasında aktiv şəkildə bölüşdürmələrini və ictimaiyyətin üzvlərini iştirak etməyə çağırmasını gözləyirik. Öz növbəsində, səfirlərimizin Waves və kripto dünyalarında fəaliyyətləri barədə məlumatları paylaşmalarına kömək edəcəyik!

Yeni təşəbbüsdə iştirak etmək istəyirsinizsə, hesabınızda 10
WCT olmasına əmin olun.

You don't have permission to register