WAVES BAKU MEETUP

WAVES.AZ

Waves Platformasının Azərbaycan üzrə səfiri Orxan Əhmədov tərəfindən hazırlanmış məlumat, xəbər portalı.

Məlumat

Waves Platforması və imkanları haqqında məlumat əldə etmək üçün müraciət edə bilərsiniz.

Email

hello@waves.az

Follow us on social

WAVESAZ

  /  Xəbərlər   /  Waves layihəni paylaş 1,000 WAVES qazan!

Waves layihəni paylaş 1,000 WAVES qazan!

Waves-dən istifadə edilərək yaradılmış ən maraqlı layihələri tapmaq üçün, Twitter-də #BuildOnWaves tag-ı ilə yeni müsabiqəyə başlayırıq.

Düşünürük ki, Waves üzərində yaradılmış bütün layihələr ekosistem üçün çox vacib və əhəmiyyətlidirlər. Biz də öz növbəmizdə bu layihələr haqqında məlumatlı olub, onlara dəstək olmaq istəyirik.

Məhz bu fikir ilə biz developerləri də həvəsləndirmək üçün Twitterdə müsabiqə keçirtməyə qərar verdik.

Müsabiqənin qaydaları

  • Müsabiqə müddəti 18 Fevral – 4Mart 2019 tarix aralığını əhatə edir. Yalnız bu dövr ərzində paylaşılmış twitlər nəzərə alınacaq.
  • Müsabiqədə iştirak etmək üçün Waves-in təqdim etdiyi həllərdən istifadə edərək, qurduğunu layihəni paylaşın.
  • Sizin tweetdə mütləq şəkildə #BuildOnWaves həştəqi istifadə olunmalı, üstəlik @sasha35625 və @waveslabs işarələnməlidir ki, biz onu itirməyək.

1000 WAVES -lik mükafat fondu aşağıdakı qaydada paylaşdırılacaq:

  • 500 WAVES mükafatı ən çox retweets toplamış layihəyə təqdim olunacaq.
  • 300 WAVES mükafatı Waves Oracle təsadüfi ədəd generatorunun köməyi ilə seçilən layihə qazanacaq. Oracle Waves Grants proqramının iştirakçısı tərəfindən yaradılıb.
  • Nəhayət 200 WAVES dəyərindəki mükafat Waves Labs, DevRel və Waves şirkətinin menecmenti tərəfindən seçilərək, təqdim olunacaq.

Nəzərə alın ki, qaydalara zidd və scam məlumat paylaşan hesablar bloklanaraq müsabiqədən kənarlaşdırılacaqlar.

Ən maraqlı Tweet-lər @sasha35625@waveslabs, və @wavesplatform hesablarından təkrar paylaşılacaqlar.

Müsabiqənin nəticələri Mart ayında elan olunaraq bizim rəsmi twitter hesabımız və bloqumuzda paylaşılacaq.

Müsabiqə iştirakçıları indiki etapda öz cüzdan ünvanlarını göstərməli deyillər. Waves Labs qaliblər ilə əlaqəyə girərək, mükafatın barədə məlumat verəcəklər.

You don't have permission to register