WAVES BAKU MEETUP

WAVES.AZ

Waves Platformasının Azərbaycan üzrə səfiri Orxan Əhmədov tərəfindən hazırlanmış məlumat, xəbər portalı.

Məlumat

Waves Platforması və imkanları haqqında məlumat əldə etmək üçün müraciət edə bilərsiniz.

Email

hello@waves.az

Follow us on social

WAVESAZ

  /  Xəbərlər   /  Waves Labs Qrant proqramını açıq elan edir

Waves Labs Qrant proqramını açıq elan edir

Waves Labs, əvvəllər İCO layihələrin maliyyələşdirilməsində fokuslanırdı. Bu dəfə isə mərkəzləşdirilməmiş texnologiyalar üzərində çalışan istedadlı developer və perspektivli startaplara dəstək üçün yeni qrant proqramına start verir.

Waves Labs ilk növbədə token satışına hazırlaşan yüksək perspektivli layihələrə kömək etmək üçün təsis edilmişdir. Bir sıra diqqətlə seçilmiş layihələr üçün, Waves Labs xüsusi hazırlanmış ICO inkubasiya proqramı hazırlamışdır.

Bu istiqamətdə gördüyümüz uğurlu işlər nəticəsində Waves platforması İCO keçirən layihələr üçün, token buraxılaması üçün Ethereumdan sonra ikinci ən çox işlədilən platformaya çevrilə bilmişdir.

Eyni zamanda layihələrin bizi seçdiklərinə görə platformamız həm kütləvi istifadəçilər, həm layihələr, həm də media tərəfindən geniş tanınmış və populyarlıq əldə etməyi bacarmışdır.

İndi Waves Labs öz fokusunu mümkün qədər Waves əsaslı layihələrə yardım məqsədilə xüsusi təşəbbüslərə yönləndirir. Məqsədimiz, Web 3.0 üçün dəstək ola biləcək mərkəzləşdirilməmiş texnologiyaların qurulmasına yönəlmiş istedadlı developerlər və perspektivli startapları dəstəkləməkdir.

Waves qrantları Waves Labs ‘in ilkin ideyasının yenilənmiş yanaşması kimi işə düşəcək. Qrant proqramı, Waves texnologiyaları əsasında yeni məhsullar yaratmaq istəyən startup və fərdi developerlərə dəstək məqsədi daşıyır. Waves üzərində qurulan həllərin inkişafını asanlaşdırmaqla, biz qlobal miqyasda blockchinin kütləvi şəkildə qəbul edilməsini təşviq etmək niyyətindəyik.

Qrant alıcılarına dair qərarı şirkətin müxtəlif bölmələrinin nümayəndələrindən olan bir komitə tərəfindən veriləcəkdir. Waves qrant proqramı üçün 1.000.000 (bir milyon) WAVES ayrılacaq.

Öz növbəsində Waves Labs, qrant ayırmalarının mümkün qədər şəffaf olmasını hədəfləyəcək və Qrant alıcıları, seçim prosesi haqqında müntəzəm yenilikləri dərc edəcək.

Fərdi developer və qruplar da həmçinin, Waves Labs tərəfindən təklif olunan qrant müsabiqəsinə qoşula və ya öz təkliflərini paylaşa bilərlər.

Waves Labs tərəfindən əsasən dörd istiqamət üzrə qrant ayırmalarını edəcək;
– Kriptovalyutalar ilə ödəniş platformalarının inteqrasiyası;
– Qanun ilə tənzimlənən kriptovalyutalar;
– Escrow xidmətləri;
– Sadiqlik proqramları ilə inteqrasiya.

İstiqamətlər üzrə siyahı daxil olan təkliflər əsasında, ehtiyyac olduqca yenilənəcək. Waves Grants proqramı haqqında ətraflı məlumat almaq və müraciət üçün: https://waveslabs.com/grants.html

You don't have permission to register