WAVES BAKU MEETUP

WAVES.AZ

Waves Platformasının Azərbaycan üzrə səfiri Orxan Əhmədov tərəfindən hazırlanmış məlumat, xəbər portalı.

Məlumat

Waves Platforması və imkanları haqqında məlumat əldə etmək üçün müraciət edə bilərsiniz.

Email

hello@waves.az

Follow us on social

WAVESAZ

  /  Xəbərlər   /  Waves Mobile Wallet: Global yenilənmə

Waves Mobile Wallet: Global yenilənmə

WAVES mobil cüzdanı nəhayət ki yeniləndi.

Waves mobil tətbiqi bir müddətdir ki, artıq mövcuddur. Tətbiqin köməyi ilə istifadəçilər şəbəkəyə qoşulmaq və əməliyyatlar etmək imkanı əldə etsələr də, biz hər zaman daha yaxşısını etməli olduğumuzu bilirdik. Waves platforması çox geniş imkanları olsa da, ABŞ-da 207 milyon, Çində isə 1.02 milyard sayda olan mobil istifadəçilər üçün elə də əlverişli deyildi. Bu böyük bir bazar və kripto sektorunu tutmaq istəyən hər kəs bunu anlamalıdır.

Məhz buna görə də, WAVES komandası olaraq, iş başına keçib, mobil tətbiqimizi yeniləmək üzərində işə başladıq. Nəticə olaraq tərəfimizdən təqdim olunan bütün xidmətləri; kripto cüzdan, Waves DEX və fiat gateway imkanlarını birləşdirən, tətbiq istifadəyə verildi. Əminliklə deyə bilərik ki, bazarda eyni xidməti təklif edən ikinci platforma mövcud deyil.

Üstünlüklər

We’ll begin with a quick overview of how it works and its advantages, before we go on to the new app’s features.

İlk öncə onu qeyd edək ki, bütün trafik şifrələnmişdir. Bu həm gizlilik, həm də təhlükəsizlik üçün mütləq amillərdən biridir. Şəxsi açarlarınız (Private keys) heç zaman telefonunuzdan xaricə çıxa bilməz və veb üzərindən yayılması mümkünsüzdür. Bütün açarlar şifrlənərək, telefonun daxili yaddaşında qeydə alınır və buna görə də, tam rahat şəkildə tətbiqdən istifadə edə bilərsiniz. Bundan əlavə, Face ID, Touch ID və Barmaq izi skaneri daxil olmaqla bir sıra təhlükəsizlik tədbirlərini dəstəkləyir. Kriptovalyutalarınızı təhlükəsiz cüzdanda saxlamaq istəyirsinizsə, cavabımız Waves mobil cüzdan tətbiqi olacaq.

Xüsusiyyətlər

Tətbiqə daxil olan kimi, desktop klienti öz əlinizdə hiss edəcəksiniz. Bu sadəcə mobil cüzdan deyil. Tətbiqdə siz DEX-də kripto aktivlər ilə, alqı-satqı edə, qiymət dəyişmələrinin qrafiklərini izləyə bilərsiniz. Tətbiq vasitəsilə həmçinin platformada mövcud tokenləri digər cüzdanlara göndərə, Waves tokenlərini lizinqə verə, spam tokenlər haqqında xəbərdarlıqlar ala bilərsiniz.

Yenilənmiş tətbiqi Apple App Store və ya Google Play -dən yükləyə bilərsiniz. Tətbiq haqqında rəylərinizi app store-da tətbiqi qiymətləndirərək, yaza bilərsiniz.

Tətbiqdə hər hansı bir bug tapsanız, bizə məlumat verin: https://goo.gl/forms/xNn1HlqZz2wAxDGE3

You don't have permission to register