WAVES BAKU MEETUP

WAVES.AZ

Waves Platformasının Azərbaycan üzrə səfiri Orxan Əhmədov tərəfindən hazırlanmış məlumat, xəbər portalı.

Məlumat

Waves Platforması və imkanları haqqında məlumat əldə etmək üçün müraciət edə bilərsiniz.

Email

hello@waves.az

Follow us on social

WAVESAZ

  /  Məsləhətlər   /  Waves Keeper əlavəsi Chrome Web Store-da

Waves Keeper əlavəsi Chrome Web Store-da

Waves brauzer əlavəsi istifadəçilərə, onlara aid “private key”ləri idarə etmə və Waves icazəli veb servislər, dApp-lar ilə təhlükəsiz istifadə imkanını təmin edir.

Waves platformasını istifadəçilər və biznes üçün istifadədə daha rahat başa düşülən edə bilmək istəyimizdən çıxaraq, Waves Keeper: açarların idarə olunması və istifadəçiyə aid gizli məlumatların vebdə yayılmadan, onlayn olaraq tranzaksiyaların təsdiq edilməsini təmin edən brauzer əlavəsini təqdim edirik.

Waves Keeper həm mövcud hesabları idarə etmək, həm də yeni hesablar yaradaraq işlədilə bilinər. Bir neçə hesab eyni anda əlavə oluna və istifadəçi bu hesablar arasında rahat dəyişiklik edə bilər. Əsas üstünlük isə ondan ibarətdir ki, “private key”-lər təhlükəsiz şəkildə əlavədə saxlanıldığından, istifadəçiyə həm tranzaksiyaların təsdiqi, həm də Waves dəstəkli veb servislər və dApp-lar ilə, private key və şifrə əlavə etmədən istifadə etmə imkanı verir. Bu isə öz növbəsində, zərərli saytların Waves online platforması ilə işlərkən, müdaxilənin qarışısını ala bilir.

Waves Keeper-i Chrome Store-dan yükləyib istifadə edə bilərsiniz: https://chrome.google.com/webstore/detail/waves-keeper/lpilbniiabackdjcionkobglmddfbcjo. Əlavəni yükləyib, yoxlayın. İstər yeni hesab açın, istərsə də mövcud hesabınızı import edərək, vəsaitlərinizin təhlükəsizliyindən əmin olun.

Zamanla biz Waves Keeper-in Firefox və digər populyar brauzerləri üçün də əlavələrini istifadəyə verəcəyik. Zəhmət olmasa Chrome əlavəsini istifadə edərək, bizə öz fikirlərinizi və necə yaxşılaşdıra biləcəyimiz barədə məlumat verəsiniz.

Waves Keeper necə istifadə edim: https://docs.wavesplatform.com/en/waves-client/account-management/waves-keeper.html

Waves Keeper dokumentasiya:https://docs.wavesplatform.com/en/development-and-api/waves-keeper-api/waves-keeper-api.html


Post a Comment

You don't have permission to register