WAVES BAKU MEETUP

WAVES.AZ

Waves Platformasının Azərbaycan üzrə səfiri Orxan Əhmədov tərəfindən hazırlanmış məlumat, xəbər portalı.

Məlumat

Waves Platforması və imkanları haqqında məlumat əldə etmək üçün müraciət edə bilərsiniz.

Email

hello@waves.az

Follow us on social

WAVESAZ

  /  Meetup   /  Blockchain Azərbaycan konfransı keçiriləcək

Blockchain Azərbaycan konfransı keçiriləcək

7 dekabr 2018-ci il tarixində Blockhain Azərbaycan Mərkəzi tərəfindən “Blockchain Azerbaijan”  beynəlxalq konfransı təşkil olunacaq.

Xeberler.az  bildirir ki, konfransda yerli və beynəlxalq  ekspertlər, sahə üzrə müətəxəssislər blockchain texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri haqqında müzakirələr aparacaq, öz bilik və təcrübələrini bölüşəcəklər. Konfransda bank və maliyyə sektorunda, dövlət  qurumlarında blockchain texnologiyaların tətbiqi ilə bağlı xarici ekspertlərin məruzələri dinləniləcək.

Üç hissədən ibarət olacaq Konfransın proqramının ilkin variantı da artıq hazırdı. İlk olaraq İsveçrə, Rusiya, Türkiyə və Azərbaycanlı ekspertlərin çıxışları və sual-cavab olacaq. Konfransın birinci hissəsində 300 qonağın iştirakı nəzərdə tutulub. Konfransda iştirak  xüsusi dəvət və ödənişli biletlədi. Biletləri buradan əldə edə bilərsiniz.

İkinci hissədə isə Blockchain Workshop təşkil ediləcək.  Bu hissədə Blockchain texnologiyasının proqramlaşdırılmasında maraqlı olan developer və maraqlı şəxslər iştirak edə biləcəklər. İştirakçı sayı 50-70 nəfər gözlənilir. Workshop-da iştirak müraciət əsasında mümkün olacaq. Tədbirin sonunda isə  beynəlxalq ekspertlər, qonaqlar və spikerlər üçün axşam yeməyi təşkil olunacaq. İştirak xüsusi dəvətlədir . Spikerlər haqqında məlumatı buradan əldə etmək olar. Konfrans haqqında daha geniş məlumatı, konfransın porqramının ilkin versiyasını buradan əldə etmək olar.

Konfransın təşkilatçısı Blockchain Azərbaycan Mərkəzi, sponsorları PAŞA BankWAVES Blockchian PlatformBarama İnkubasiya MərkəziPortmanat  və digər şirkətlərdir.

Post a Comment

You don't have permission to register